“MEDİA-nın layihələri şəffaflıq prinsipi üzərində qurulub” - Əhməd İsmayılov

17:34 02.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Biz bu müsabiqələri keçirərkən medianın ehtiyaclarını qiymətləndiririk”.

Hafta.az-ın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib.

Ə. İsmayılov bildirib ki, müsabiqədə qalib olmuş media subyektlərinin 3 əməkdaşının maaşı MEDİA tərəfindən qarşılanır, 600 manat onların əməkhaqqısına yönəldilməlidir:

“Biz bunu ayın sonunda hesabatda görməliyik. MEDİA tərəfindən həyata keçirilən layihələr şəffaflıq prinsipi üzərində qurulub. Sırf şəffaf şəkildə həmin məbləğ jurnalistlərin maaş kartına oturmalıdır. MEDİA tərəfindən həyata keçirilən müsabiqələr stimul xarakteri alıb”.